IQNA

"Obama məğlub oldu", Suriyanın qələbəsinə etiraf etsin / Bizim ölkəmizə hərbi təcavüz asan olmayacaq

22:50 - September 01, 2013
Xəbər sayı: 2583495
Beynəlxalq qrup: Şeyx Bədrüddin Həsun – Suriyanın Baş Müftisi, Amerika prezidentinin Suriyaya hərbi müdaxilə üçün dünya ölkələrindən müsbət rəy ala bilməməsinə işarə edərəl deyib: "Obama məğlub oldu. O öz məğlubiyyətinə və Suriyanın qələbəsinə etiraf etsin. Suriya ancaq Allah qarşısında baş əyən milləti ilə qələbə qazandı".
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Livanın elektron qəzeti olan "Ən-Nəşrə"yə istinadən verdiyi xəbərə görə Şeyx Bədrüddin Həsun – Suriyanın Baş Müftisi, Amerika prezidenti Barak Obamanın avqust ayının 31-dəki çıxışına və Suriyaya hərbi müdaxilə üçün dünya ölkələrindən müsbət rəy ala bilməməsinə işarə edərəl deyib: "Amerika prezidenti məğlub olmuş adamlar kimi danışırdı. Obama məğlub oldu. O öz məğlubiyyətinə və Suriyanın qələbəsinə etiraf etsin. Suriya ancaq Allah qarşısında baş əyən milləti ilə qələbə qazandı".
Şeyx Bədrüddin Həsun vurğuladı: Suriya yalnız Allah qarşısında baş əyən milləti, rəhbəri və qoşunu ilə qələbə çaldı.
Bu çıxış istiqamətində Feysəl Miqdad da – Suriyanın Xarici İşlər Nazirinin müavini, vurğulayıb: Suriyaya hərbi təcavüz ABŞ üçün sadə və asan olmayacaq. Suriya hər bir xarici hücuma qarşı reaksiya göstərəcək və qələbə qazanacaq... ABŞ özünə və İsrailə gərəkli olan zaman BMT-nin bütün qanunlarını ayaq altına salır və bu qanunlara əhəmiyyət vermir. BMT-dən istifadə edərək müstəqil bir ölkəyə hücum etmək beynəlxalq faicədir.

1281120
captcha